Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qabaq1 [qabax] isim

1. Botanika. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. □ Qabaq tağı şamama verməz. (Atalar sözü).
2. Məcazi mənada: dadsız, tamsız qovun, qarpız və s. haqqında. □ Bir qovun kəsdik, lap qabaq çıxdı.

qabaq2 [qabax] zərf

1. Əvvəl, irəli. □ Məktub bir ay bundan qabaq göndərilib.
2. Tez. □ Hamıdan qabaq kim gəldi?
3. Sifət kimi: əvvəlki, keçmiş. □ Qabaq zaman.
4. Cəm şəklində: qabaqlar–əvvəllər, keçmişdə. □ Qabaqlar bura ağaclıq idi.
5. İsim kimi: bir şeyin irəli tərəfi, ön tərəfi, üz tərəfi. □ Binanın qabağı bağa çıxır.
6. Sifət kimi: irəlidə olan, ön tərəfdə olan; ön. □ Arabanın qabaq çarxı.
7. İrəlidə gedən, qabaqda gedən. □ Nəhayət, kəndlilərin qabaq dəstəsi gəlib çatdı. (M.Hüseyn).
8. Qoşma kimi: yerlik halında - qabağında, qarşısında, önündə, qənşərində. □ Avtomobil evimizin qabağında durdu.
9. İrəli. □ Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi. (Mir Cəlal).
10. İsim kimi: ön tərəf, irəli tərəf, qarşı tərəf. □ Qabağımız dərə idi, dalımız dağ.
11. Qarşı. □ Qabağına yemək qoymaq.
12. İsim kimi: alın. □ Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır. (Aşıq Ələsgər).

Həmçinin bax:

frazeologizm: ağacının qabağına ağac qoymaq frazeologizm: arabanı atdan qabağa keçirmək frazeologizm: atın qabağına ət, itin qabağına ot qoymaq frazeologizm: başmaqlarını cütləyib qabağına qoymaq frazeologizm: döşünü qabağa (irəli) vermək frazeologizm: əlinin qabağına əl qoymaq frazeologizm: göz qabağında frazeologizm: gözünün qabağına gəlmək (gətirmək) frazeologizm: güllə qabağına vermək frazeologizm: işin qabağına kötük itələmək frazeologizm: itin qabağına ot, atın qabagına ət qoymaq frazeologizm: közü öz qabağına çəkmək frazeologizm: qabağa aparmaq frazeologizm: qabağa atmaq frazeologizm: qabağa çəkmək frazeologizm: qabağa durmaq frazeologizm: qabağa düşmək frazeologizm: qabağa getmək frazeologizm: qabağa qaçmaq frazeologizm: qabağa salmaq frazeologizm: qabağa vermək frazeologizm: qabağı açılmaq frazeologizm: qabağına çıxmaq frazeologizm: qabağına daş dığırlamaq (yumalamaq) frazeologizm: qabağına düşmək frazeologizm: qabağına keçmək frazeologizm: qabağına kötük itələmək frazeologizm: qabağına qatmaq frazeologizm: qabağına qoz qoymaq frazeologizm: qabağına sümük atmaq frazeologizm: qabağına yüyürmək frazeologizm: qabağında ikiqat (dördqat) olmaq frazeologizm: qabağında mil durmaq frazeologizm: qabağından qaçmaq frazeologizm: qabağından qara pişik keçmək frazeologizm: qabağından yeməmək frazeologizm: qabağını almaq frazeologizm: qabağını kəsmək frazeologizm: qılıncının dalı da kəsir, qabağı da frazeologizm: özünü qabağa vermək frazeologizm: papağını qabağına qoyub fikirləşmək frazeologizm: sözünün qabağında söz demək Azərbaycan dilinin izahlı lüğəti