Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QABİL

qəd. yəhudi d. qabil sözü dilimizdə istedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan, zehinli, zəkalı, mahir, bacarıqlı, hər şeyi bacaran, məharətli, həmçinin mümkün olan, yaralı, münbit, yaxşı anlamlarını ifadə edir.

Dilimizə ərəb dilindən keçmişdir. “Bibliya”ya görə, Qabil Adəm Peyğəmbərin böyük oğlunun adıdır. Dini rəvayətlərdə qardaşı Habili paxıllıqdan öldürən, bununla da yer üzündə ilk insan öldürən, ilk insan qanı tökən Adəmin oğlu Qabil olmuşdur. Qabil XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. Lakin qeyd etmək lazımdır ki, bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından Azərbaycanın Xalq Şairi, müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə onun parlaqsəhifələrindən birini təşkil edən Qabil İmamverdiyevin (1926-2007) poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı və milli koloriti ilə seçilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti