1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). □ Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. (M.Hüseyn).
2. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc, qüllə. □ Qız qalası. Mərdəkan qalası.
3. Həbsxana, dustaqxana, qazamat.
4. Arxaizm. Şəhər. □ ..Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. (M.F.Axundzadə).
5. Məcazi mənada: dayaq, arxa, müdafiəçi, istinadgah.
Azərbaycan dilinin izahlı lüğəti