►Hər hansı sahədə məqsədə çatmaq və uğur qazanmaq üçün bilik və bacarıqlara yiyələnməyin vacibliyini bildirən ifadə.
İfadə böyük rus sərkərdəsi A.Suvorovun eyniadlı kitabından qaynaqlanır.
Əlbəttə, kitabın üstündə Suvorovun adı olmasa idi, ifadə sadəcə lovğalıq kimi görünə bilərdi. Amma qüdrətli sərkərdənin qələbə və düşmənə necə qalib gəlmək haqqında danışmağa tam haqqı vardı.
Burada maraqlı cəhət ondadır ki, kitabın adını Suvorovun özü deyil, onun ilk naşiri Antonovski vermişdi. Bütün hallarda «Qalib gəlmək sənəti» həm kitab adı, həm də poetik və cazibədar ifadə kimi diqqəti cəlb etmişdir.
Zaman keçdikcə bu ifadə az qala zərbi-məsəl kimi populyarlaşmışdır. İndi cəsur ixtiraçıların, novatorların qələbəyə gedən yolda qarşılarına çıxan istənilən maneəni dəf etmələri «qalib gəlmək sənəti» adlandırılır.
Məsəllər, deyimlər