Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qançırğa

Yəhərin arxa tərəfində şey bağlamaq üçün olan qayış bağlar. (“Koroğlu” dastanının lüğəti)

Meydanda açıb savaşı,

Düz eyləyib dağı, daşı,

Qançırğadan qanlı başı

Döyüşdə asdığın varmı?

                        (“Koroğlunun Bayazid səfəri”)

                  *

Hasan paşa, sənə kimdən söyləyim,

Yeddi min dəlinin başı, Koroğlu,

Ha zaman ki, qovğa günü düşəndə

Asır qançırğadan başı Koroğlu.

                         (“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu-Əsəd”)

Azərbaycan dastanlarının leksikası