Hakimiyyət bölgüsü nəzəriyyəsinə görə, dövlət hakimiyyətinin üç müstəqil qolundan biri; qanunvericilik sahəsində hakimiyyət.
Q.H. termini qanun vermək səlahiyyətinə malik ali dövlət orqanlarına da şamil olunur. Bu səlahiyyət, bir qayda olaraq, parlament adlanan xüsusi dövlət orqanına verilir. Parlament qanunvericilik aktlarının hazırlanması və qəbulu, eləcə də hökumətin təsdiqi, müharibə elan edilməsi, beynəlxalq sazişlərin ratifikasiyası, büdcənin təsdiqi və s. mühüm dövlət əhəmiyyətli məsələlərlə məşğul olur.
Həmçinin bax:
Tarix terminləri lüğəti