qara1 [qara] sifət
1. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi; bu rəngdə olan. □ Qara at. Qara kostyum.
2. Obrazlı təşbehlərdə: qaranlıq, tutqunluq. □ Gecə qara pərdəsini götürdükdə Cavad yuxudan ayıldı. (Ə.Vəliyev).
3. İsim kimi: cəm şəklində: qaralar – qara dərililər, qara irqə mənsub olanlar. □ Anqola – qaralar ölkəsi, zəncilərin qədim torpağı... (R.Rza).
4. İsim kimi: cəm şəklində: qaralar – şahmat, dama oyunlarında qara rəngli fiqurlar, daşlar. □ Qaralarla oynamaq.
5. Çirkli, kirli, tünd bir şeyə boyanmış, yaxud adi rənginə nisbətən daha tünd, daha tutqun. □ Kömürçünün qara əlləri.
6. İsim kimi: yazı, xətt, hərf. □ Ağlın aparıb, bəs ki baxır gündə qarayə. (M.Ə.Sabir).
7. İsim kimi: bir yazının qaralaması, ilk mətni, layihəsi. □ ..rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? (M.S.Ordubadi).
8. Məcazi mənada: ağır, mənhus, pis, kədər doğuran, qəm gətirən, qorxulu. □ Fərman bir yandan belə söyləyirdi, bir yandan da ürəyinə qara fikirlər gəlirdi. (Ə.Haqverdiyev).
9. Məcazi mənada: səfalətli, fərəhsiz, sevincsiz, talesiz, bədbəxt, faciəli. □ Nə bəladır bizə, ya rəb, nə qara gündür bu? (M. Füzuli).
10. Məcazi mənada: əziyyətli, məşəqqətli, çox ağır, mənhus. □ Qara qış üstümə tökər qarını.. (M.Müşfiq) .
11. Məcazi mənada: cinayətkar, mənfur, mürtəce, fitnəkar. □ İrticanın qara qüvvələri.
12. İsim kimi: yas, matəm mənasında. □ Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə xoş gəldin! (Aşıq Ələsgər).
13. İsim kimi: yas, matəm mənasında. □ Fələk qoymaz qaradan çıxsın ol sərvi-güləndamı. (S.Ə.Şirvani).
14. Qoşulduğu sözlərə mənfilik, mənhusluq, məşumluq mənası verir. □ Qara qayğı. Qara dərd.
15. Arxaizm. Cəmiyyətin yuxarı siniflərinə mənsub olmayan, istismar olunan; adi, avam. □ Doğrudur, şəriət ancaq avam adamlar üçündür, qara camaat üçündür. (C.Cabbarlı).
16. Qədim Rusiyada: dövlətə məxsus olan, dövlətin ixtiyarında olan, öz xüsusi mülkiyyəti olmayan. □ Dövlətə məxsus .. torpaqlarda yaşayan kəndlilərə “qara kəndlilər” və ya “qara xışlılar” deyirdilər.
17. Arxaizm. İxtisası olmayan, ixtisas tələb etməyən, ağır işdə işləyən; adi. □ Qara fəhlə.
18. İsim kimi: dəyərsizlik, əhəmiyyətsizlik, heçlik mənasında. □ ..Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. (Ə.Haqverdiyev).
19. İsim kimi: bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. □ Qara gavalı. Qara qarışqa.
qara2 [qara] isim
Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq. □ Qarada və suda. Qara qüvvələri.
qara3 [qara] isim
1. Plov üzərinə yanına qoyulan xuruş. □ Aşın qarası azdır.
2. Qara... - bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi. □ Qarasaç, qaragöz, qaragün.
Həmçinin bax:
frazeologizm:
adı qara gəlmək
frazeologizm:
adına qara yaxmaq
frazeologizm:
ağ bir, qara iki
frazeologizm:
ağ çıxarıb qara geymək
frazeologizm:
ağ gününü qara eləmək
frazeologizm:
ağ yuyub qara sərmək
frazeologizm:
ağa ağ, qaraya qara demək
frazeologizm:
ağa qara demək
frazeologizm:
ağa qara, qaraya ağ demək
frazeologizm:
ağı qaradan seçmək
frazeologizm:
ağı qoyub qaraya getmək
frazeologizm:
aralarından qara pişik keçib
frazeologizm:
başına qara bağlamaq
frazeologizm:
başının üstünü qara buludlar almaq
frazeologizm:
bayramı qara gəlmək
frazeologizm:
bəxti qara gəlmək
frazeologizm:
bir gözü çaya (ala dağa) baxır, bir gözü aya (qara dağa)
frazeologizm:
bir qara qəpiklik olmaq
frazeologizm:
bir qara pula dəyməz
frazeologizm:
bir saçını ağ, bir saçını qara hörmək
frazeologizm:
canını qara qayğı almaq
frazeologizm:
dəftəri qara gündə yazılmaq
frazeologizm:
dünya beş gündür, beşi də qara
frazeologizm:
gecə qara, cücə qara
frazeologizm:
gözünə qara su gəlmək
frazeologizm:
gözünün qarası getmək
frazeologizm:
gözünün qarasını yedirtmək
frazeologizm:
gününü qara eləmək
frazeologizm:
kağızı qara yazılmaq
frazeologizm:
kasıblığın üzü qara olsun
frazeologizm:
qabağından qara pişik keçmək
frazeologizm:
qara basmaq
frazeologizm:
qara bayram
frazeologizm:
qara camaat
frazeologizm:
qara çadırda qırmızı yamaq
frazeologizm:
qara daşı yastıq etmək
frazeologizm:
qara geymək
frazeologizm:
qara gözlərinə bağışlamaq
frazeologizm:
qara gün
frazeologizm:
qara günə qalmaq
frazeologizm:
qara gününü qablamaq
frazeologizm:
qara ilana rast gəlmək (olmaq)
frazeologizm:
qara kağız
frazeologizm:
qara qaş-gözünə aşiq olmamışam
frazeologizm:
qara qəpiyə güllə atmaq
frazeologizm:
qara qızıl
frazeologizm:
qara məni basınca mən qaranı basım
frazeologizm:
qara siyahıya düşmək
frazeologizm:
qara səhifə
frazeologizm:
qara sudan qaymaq tutmaq
frazeologizm:
qara yaxmaq
frazeologizm:
qara yellər əsmək
frazeologizm:
qara yer
frazeologizm:
qaranlıq otaqda qara pişik axtarmaq
frazeologizm:
qaraya ağ, ağa qara demək
frazeologizm:
qatığa qara demək
frazeologizm:
qəlbindən qara qanlar axmaq
frazeologizm:
nə ağ deyir, nə qara
frazeologizm:
ömrü-günü qara gəlmək
frazeologizm:
ruzigarı qara gəlmək
frazeologizm:
saçının birini ağ, birini qara hörmək
frazeologizm:
şaxı qara bəzənmək
frazeologizm:
ürəyindən qara qanlar axmaq
frazeologizm:
ürəyinə qara fikirlər gəlmək
frazeologizm:
üstünü qara buludlar almaq
frazeologizm:
üzünü qara eləmək
frazeologizm:
yolunun üstünə qara pişik çıxmaq
coğrafiya:
qara su
coğrafiya:
qara torpaqlar
coğrafiya:
qara metallar
coğrafiya:
qara metallurgiya
jurnalistika:
qara piar
Azərbaycan dilinin izahlı lüğəti