Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qara1

Bakı, İsmayıllı, Kürdəmir, Mingəçevir, Salyan, Şamaxı

Xuruş (plovda). □ Aşın qarasınnan da qoy özünçün, utanma, öz öyündü (Bakı).

qara2

Mingəçevir

Adambaşına bölünmüş torpaq sahəsi.

qara3

Zəngilan

12 dərz (taxıl). □ İrəcəb bu gün iki qara biçmişdi.

qara4

İsmayıllı, Ucar

Mürəkkəb. □ Qaram qutarıf pul ver, uşağ alsın (Ucar).

Azərbaycan dilinin dialektoloji lüğəti