►Mərdimazar, bədxah, həyatı boyu daim pislik etməyə çalışan adamlar haqqında işlədilən ifadə.
Bu ifadə mәşhur «Әsli vә Kәrәm» xalq dastanının personajlarından birinin adından yayılmışdır.
Dastanda göstәrilir ki, övladları olmayan Ziyad xanla vәziri Qara Keşiş belә әһd edirlәr ki, kimin qızı olsa, o birisinin oğluna versin. Xanın oğlu, Qara Keşişin qızı olur. Keşiş öz qızını (Әslini) müsәlman oğluna vermәk istәmir və bununla әlaqәdar zavallı Kәrәmin başı müsibәtlәr çәkir.
Qara Keşiş qızını götürüb diyarbədiyar qaçır. Çox böyük mәşәqqәtlәrdәn sonra, nәhayәt, qızı vermәyə razı olur. Əslindә isə qızına tilsimli düymәlәri olan gәlinlik paltarı geydirir vә bu düymәləri açarkən Kәrәm yanıb mәһv olur, onun oduna Әsli də yanır. Dastanda Kәrәmin dilindәn deyilir:
Qara Keşiş qızı Әslidi yarım,
Yar halımı heç bilmәdi, ağlaram.
Nәzәrә alınmalıdır ki, «qara», «qaranlıq» xalq tәfәkküründә mәnfilik, zәrәrli qüvvәlәr timsalı һesab olunur: qara gün, qara bulud, qara yara vә s. Dastanda da bu mәnaya işarәlәr vardır; məsələn, Kərәm «keşiş qabağımda bir qara duman» deyir.
Maraqlıdır ki, dastan vә nağıllarımızda, bir qayda olaraq, qara vәzirlәr mәnfi surәt kimi göstərilir. «Qurbani», «Abbas vә Gülgәz», «Alı xan vә Pәri» vә s. mәhәbbәt dastanlarında Qara Vәzir mәnfi bir surәt, sevgililәrin vüsalına maneә törәdәn şər qüvvə kimi tәsvir edilir.
Məsəllər, deyimlər