Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QARACA

azərb. Qaraca (qara sözü və ca ədatı) əsmər, qarayanız mənasındadır.

Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adlarından olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qaracayev, Qaraca, Qaracalı soyadları Azərbaycanda kifayət qədərdir. Bu da məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti