azərb. mürəkkəb adların tərkibində işlənən qara və göz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qaragöz gözləri qara olan mənasını ifadə edir. Qaragöz şəxs adı qara gözləri olan anlamındadır. Vaxtilə Qaragöz məişətimizdə müştərək şəxs adlarından olmuşdur. Bunu Azərbaycanda kifayət qədər rast gəlinən Qaragözov, Qaragözlü soyadları da sübut edir. Bu gün məişətimizdə Qaragöz yalnız qadın adıdır. Qaragöz kişi adı isə köhnəlmiş şəxs adlarından olub, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti