Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qarqara1

Çənbərək, Karvansaray, Ordubad, Salyan, Şərur

Axar suyun üzərində nazik buz təqəbəsi.  Qarqara qışda olar Kürdə (Salyan); Qarqara qışda olar (Ordubad); Qarqaradı, çayı keçəmmərix' (Karvansaray).

qarqara2

Basarkeçər

Şərbət. Soyux suya dört-beş yumru qənd atırsan, olur qarqara; Ürəyi döyünən adama qarqara verillər.

qarqara3

Mingəçevir

Türkəçara dərmanı adı.

qarqara4

Çənbərək, Şəmkir, Tovuz

Hər ucu bir ağaca və ya divara bağlanmış məftil.  Məfdili qarqara qayırırıx (Tovuz); İti gəti, qarqarıya bağla (Şəmkir); İti qarqarıya bağlıyırıx (Çənbərək).

Azərbaycan dilinin dialektoloji lüğəti