“Sürüşmək” mənasında kay feili olub. Buz üstündə xizək sürməyə kayımaq deyiblər. Poplavok sözü bəzi türk dillərində indi də kayğalaq kimi tərcümə olunur. Güman ki, xizək sözü də kay kəlməsi ilə bağlıdır, kızak, kayzak formalarında türk dillərinin bəzilərində işlədilir. Deməli, qayıq “üzmək”, “sürüşmək” sözlərinin mənasını əks etdirir. Kayış sözü “sürüşkən yer” demək olub. Qayğalı sözü “üzmək” mənasında işlədilib. Hazırda türkmən dilində qayıb getdi cümləsi “üzüb getdi” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti