Reklam
Reklam

Məsəllər, deyimlər

QAZDAN AYIQ

►Cəld, çevik, beyni yaxşı işləyən, bir şeyin səbəb-nəticə əlaqələrini dərhal qavrayan adam haqqında işlədilən ifadə.

İfadənin yaranması Romanın müdafiəsi ilə bağlı olan tarixi hadisəylə əlaqədardır.

E.ə. 390-cı ildə Romaya şimaldan qall tayfaları gözlənilmədən basqın edirlər. Onlar cingiltili musiqi və vəhşiyanə bağırtıları ilə romalılarda elə bir dəhşətli qorxu yaratmışdılar ki, kimsə müdafiə olunmaq fikrinə düşməmişdi. Təkcə sərkərdə Manliyin kiçik bir dəstəsi Kapitolidə qalıb vuruşur, düşmənin həmlələrinin qabağını uğurla alırdı.

Rəvayətə görə, Kapitolini ala bilməyən düşmənlər hiyləyə əl atırlar: zəif müdafiə edilən bir yer tapıb gecə ikən Kapitoliyə girmək istəyirlər. Bu zaman Yunona adlı ilahənin məbədindəki qazlar düşmən əsgərlərini görür və elə bir hay-küy salırlar ki, yatmış qarovulçular oyanır, dərhal da düşməni dəf edirlər. O zamandan Romada qazlara xüsusi ehtiram bəslənir.

Həmin hadisədən sonra həssas və ayıq adamları Roma qazları ilə müqayisə etməyə başladılar. İfadənin formalaşması da məhz bu dövrə aiddir.

Bu hadisə ilə bağlı bəzi dillərdə birisini keçmiş xidmətlərinə görə qiymətləndirmək mənasında «Qazlar Romanı xilas etmişlər» ifadəsi də işlədilir.

Məsəllər, deyimlər