Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QƏDİM

ərəb. qadim sözü dilimizdə çox köhnə zamanlar, çox uzaq keçmişə məxsus və ya aid olan, çöx köhnə, lap çoxdan dəbdən düşmüş anlamlarını ifadə edir.

Qədim Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar kişi adları sırasındadır. Əl-Qədim Allahın məlum 99 adından biri olub, ulu, çox uzaq keçmişlərdən olan mənalarındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qədim adı yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti