Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qələt ərəb

Səhv, yanlış, xəta. (“Koroğlu” dastanının lüğəti)

Koroğlunun sözün yazma qələtə,

Hesab etmə qanmaza, nabələdə,

Ruqiyyə xanımı gəl ver Məmmədə,

Sən gəl bu sövdadan incimə, ay xan!

                                                   (“Qulun qaçmağı”)

*

Qarı dedi:

– Ay oğul, arxayın ol, mən heç zaman belə qələt eləmərəm. (Paris nüsxəsi, 4-cü məclis)

Azərbaycan dastanlarının leksikası