Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qəleyli

Misgərlik və qalayçılıqla bağlı oxunan əmək nəğmələri.

Q. “qalayçı” sözünün təhrif olunmuş variantıdır. Q.-lər məzmununa görə rəngarəngdir. Mahnıbaşıları “Qəleylidir qənd ilə”, “Qəleylidir, qəleylidir, qəleyli” və “Qalayçı oğlan, kasanı qalayla” sözlərindən ibarət olan bu nəğmələr qalayçı əməyini tərənnüm etsə də, mətnlər çox zaman məhəbbət mövzusunda olur:

Yar qoyar bağda məni,

Qəleylidir, qəleylidir, qəleyli.

Nə ağır çağda məni,

Qəleylidir, qəleylidir, qəleyli.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti