Ay // aşıq şeirində və klassik ədəbiyyatda gözəl üz mənasında işlənir.(“Koroğlu” dastanının lüğəti)
Bircə dindir Dəmirçioğlunun özünü,
Şəmsü qəmər kimi göstər üzünü,
Qoy öpək Qıratın dırnaq, gözünü,
Gün kimi aləmə yayıl, Eyvazım!
(“Durna teli”) (“Bağdad–Əsəd”, “Bağdad–Əli”)
1. Açıq-qara.
2. Dialektlərdə sarımtıl (at haqqında) mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Əylən deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası