Bədii nitqin gözəlliyini pozan, çətin anlaşılan sözlər.
“Qərib” sözünün cəm şəklidir. Belə sözləri, əsasən, bədii forma və məna baxımından yenilik edə bilməyən şairlər istifadə edirlər. Türk şairi Nabi bu barədə yazıb:
Ey şer miyanında satan ləfzi-qəribi,
Divani-qəzəl nüsxeyi-qamus deyildir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti