Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qərəm1

Culfa, Qarakilsə, Naxçıvan, Ordubad, Şahbuz, Şərur

Həmişə, daim. □ Mənim oğlum qərəm qulluxdadı (Şərur); Ordan qərəm su gedəcəx' (Ordubad); Boyəhməddilər qərəm bırdadı (Culfa); Mən qərəm avçılığnan məşğul oluram (Şahbuz).

qərəm2

Meğri

Xanənişin, evdə oturmağı sevən. □ Nənəm qərəm adamdı, gəzməyinən işi yoxdu.

qərəm3

Gəncə

Bax: qaram.

Azərbaycan dilinin dialektoloji lüğəti