Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qət

Süjetli bədii əsərdə son epizod, tamamlayıcı səhnə; final.

Qətdə süjet daxilində olan ziddiyyət və münaqişələr həll olunur, düyünlər açılır. Bu mərhələ əsərin bundan əvvəlki hissələri ilə üzvi surətdə bağlanmalı, əvvəlki hadisələrin təbii, məntiqi nəticəsi olmalıdır. H.Cavidin “İblis” faciəsinin sonunda İblisin monoloqu ilə, demək olar, bütün ziddiyyətlər açılır. Həmin hissədə yazıçının əsərdə çatdırmaq istədiyi ideya tam göstərilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti