Su altında inci və s. qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. (“Koroğlu” dastanının lüğəti)
Qəvvas kimi dəryalara dalaram,
Müxənnət yurduna talan salaram,
Yağı düşmanlardan qisas alaram,
Söylə Koroğludan mənə bir xəbər!..
(“Koroğlunun Dərbənd səfəri”)
*
Aşıq gətir bu dastanı düzməyə,
Misri qılınc düşman bağrın əzməyə,
Qırat bir qəvvasdı dərya üzməyə,
Neçə Dona kimi göllərim vardır.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–Əsəd”)
Azərbaycan dastanlarının leksikası