Bazar subyekti, ona məxsus əmtəə, digər subyektlərin əmtəəsi, həmçinin statistik göstəricilər barədə həqiqətəuyğun olmayan məlumatları əks etdirən reklam.
Buraya əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, istehlak xassələri, dəyəri, ödəmə, əldə edilmə, istifadə və zəmanət şərtləri, keçdiyi sınaqlar, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, istehsal olunduğu yer və s. haqqında müxtəlif növ məlumatlar daxildir. Sənədli şəkildə təsdiqlənmədiyi halda, reklamda «ən», «yalnız», «təkcə» və bu kimi terminlərdən istifadə də qeyri-dəqiqlik hesab olunur. Q-D.R.-a qanunla yol verilmir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti