Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qeyri-müəyyənlik bildirən təsirlik hal

Morfoloji əlaməti (şəkilçisi) olmayan təsirlik hal.

Qeyri-müəyyən təsirlik halda olan sözlər cümlədə obyekt rolunda çıxış edir və yalnız təsirli feilin yanında olur. Adlıq halın sualına cavab versə də, bu cür sözlərə asanlıqla müəyyən təsirlik hal şəkilçisi artırmaq olur: Əli kitab(ı) oxudu. Qeyri-müəyyən təsirlik halda olan söz cümlədə yalnız tamamlıq olur; məs.: Keçən il kəndimizdə iki­mərtəbəli məktəb tikdilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti