latın. sezar sözünün ərəbcələşdirilmiş biçimi olub, hökmdar, padşah, hakim, şah mənasındadır.
Tədqiqatlarda rus dilindəki “çar” (padşah) və alman dilindəki “kayzer” sözünün də sezar sözündən olduğu barədə məlumatlar vardır. Məşhur Roma dövlət və siyasi xadimi, sərkərdə, yazıçı Yuli Sezar (m.ə. 100-44-cü illər) qüdrətli Roma dövlətini yaratdığı və bir çox müharibələrdə çaldığı qələbələrə görə, ölümündən sonra bir çox Qərb ölkələrində hökmdarlara sezar deyilirdi. Qədim Roma və Bizans padşahlarına verilən addır. Bu gün məişətimizdə qədim şəxs adlarından olan Qeysər kişi adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti