ərəb. qılman (əslində ğulam sözünün cəmi ğılman) sözündənir. Qılman sözü dilimizdə qullar, kölələr, iş icra edən oğlanlar, qulamlar, nökərlər, uşaqlar mənasındadır.
İslam dini ilə əlaqədar rəvayətlərə görə, Cənnətdə, Behiştdə qulluq göstərən cavan oğlan qulluqçular, gənc oğlan xidmətçilər mənasındadır. XX əsrin ortalarından Qılman məişətimizdə müşahidəediləcək dərəcədə azalmış, bu gün isə artıq köhnəlmiş kişi adları sırasındadır. Adın məşhur daşıyıcılarından Qılman İlkin (Qılman Musayev, 1914-2009) yazıçı, nasir, ssenarist, M.F.Axundov adına Dövlət Mükafatı laureatı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş ədiblərimizdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti