Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qındı

Ağcabədi, Ağsu, Cəbrayıl, Əli Bayramlı, Füzuli, İmişli, Kəlbəcər, Kürdəmir, Şamaxı, Şuşa, Tovuz, Ucar

Südlə undan bişirilən yemək, horra.  Nənə, bir qındı bişir (Kəlbəcər); Axşam de:irdi: “Qındı pişirmişəm” (Ağcabədi); Oydə qındı ye:b gəlmişəm (Ağsu); Sə:r qındı yemək xoşuma gəlir (Füzuli); Qındını qocalar da ye:ir, uşaxlar da ye:ir (Ucar).

Azərbaycan dilinin dialektoloji lüğəti