Reklam
Reklam

Etimologiya lüğəti

qır1

“Kül rəngində (boz) olan” deməkdir. Koroğlunun atlarından biri Qır, digəri isə Dür adlanıb. Hər ikisi rənglə bağlıdır. Dür “kəhər”, qır isə “boz” deməkdir. Dəmir­qır at birləşməsi də var, onun da mənası “tünd-boz” deməkdir. İndi alınma söz olan kəhər doğma dür sözünü aradan çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

qır2

Qır duzdur işlədirik, mənbələrdə qıra sözü var və rus dilinə “сплошь” kimi çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

qır3

Dilimizdə qır vermək ifadəsi var. Qır sözünün əsli ərəbcə ğunc kimidir və naz mənasında işlədilir. Ğunc vermək ifadəsindəki ğunc təhrif olunub və qır şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti