Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qıra1

Qazax, Naxçıvan, Ordubad, Şərur, İrəvan, Zəngilan

Kiçik qovun. □ O ağ yemiş, bir də qıra çox şirin olor (Qazax); Bu il bir küpə qıra turşuya qoymuşam (İrəvan); Bossanda qıra çoxdi (Naxçıvan); Mən sirkə qırasın yığıram (Ordubad).

qıra2

Ağdam, Kürdəmir, Sabirabad, Salyan, Ucar, Zərdab

Tilov. □ Balığı qıreynan tuturux (Kürdəmir); Qıra suya tüşdi (Salyan).

qıra3

Sabirabad, Salyan

Paltarasan. □ Al bu pencəyi qıradan as (Sabirabad).

Azərbaycan dilinin dialektoloji lüğəti