Basarkeçər, Çənbərək, Gədəbəy, Goranboy, Qazax, Tovuz
Qırbora olmax: həddindən artıq duzlu, şor olmaq. □ Xörəx' qırbora olmuşdu, yeməy olmadı (Basarkeçər); Xörə: oxartan duz töküfsən ki, qırbora oluf (Qazax); Xörəx' qırbora oluf, heş dilə vurmağ olmur (Gədəbəy).
Azərbaycan dilinin dialektoloji lüğəti