1854–1862-ci illərdə Cənubi Çində baş vermiş kəndli üsyanının iştirakçıları.
Üsyançılar başlarını qırmızı parça ilə bağladıqlarına görə belə adlandırılıblar. İlkin mərhələdə Q. xeyli uğurlar qazanıblar və sayları bir neçə yüz minə qədər artıb. Lakin onların liderləri ölkənin siyasi perspektivlərinə dair yekdil rəyə gələ bilməyiblər və tezliklə bu, ciddi problemlər yaradıb. Belə ki, Q.-ın liderlərindən bəziləri özlərini taypinlərin tərəfdarları elan ediblər, digərləri Min sülaləsinin hakimiyyətinin bərpası uğrunda mübarizə apardıqlarını bildiriblər. Üsyançıların nümayəndələrindən yeni bir sülalənin formalaşdırılmasını qarşısına məqsəd qoyanlar da olub. Bu zəmində dərinləşən ixtilaflar Q. üsyanının hökumət qoşunları tərəfindən dağıdılmasına şərait yaradıb.
Tarix terminləri lüğəti