ərəb. qiyamat sözündəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qiyamət kişi adı sözün məcazi mənası ilə əlaqədar olub, əla, həddən artıq yaxşı sifətlərə malik olan (adam) mənasındadır.
İslam dini ilə əlaqədar rəvayətlərə, həmçinin dini etiqadlara görə, qiyamət axır zamanda dünya, aləm dağıldıqdan sonra bütün ölülərin dirilib ayağa qalxacağı məhşər günüdür. Dilimizdə gurultu, partıltı, səs-küy, mərəkə, bir də (insanlar haqqında) əla, həddən artıq yaxşı, çox gözəl, görməli, eşitməli kimi məcazi mənaları da vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti