Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qızıl1

Qiymətli metal. (“Koroğlu” dastanının lüğəti)

Koroğluyam öz elimdə,

Qızıl bazmandlar qolumda,

Dəlilər sağü solumda,

Bu günümdə tez olaydı.

                       (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”)

*

Qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. (“Alı kişi”)

qızıl2

Qırmızı. (“Koroğlu” dastanının lüğəti)

Qızıl almanı dişləsin,

Ətrafını gümüşləsin,

Yol düşsün, karvan işləsin,

Nigar yarın obasına.

                        (”Koroğlunun Qars səfəri”)

                  *

Canım Eyvaz, gözüm Eyvaz,

Bax o yana, bax bu yana!

Hayıfdı, qoç dəlilərim,

Boyanmasın qızıl qana!

                       (“Koroğlunun Qars səfəri”) (“Koroğlu-Hümmət”)

Azərbaycan dastanlarının leksikası