Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qlobal kənd

ing. “global village” ifadəsinin hərfi tərcüməsi; fr. global – ümumi + lat. globus – kürə

Elektron medianın və informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində dünyanın kiçilərək vahid bir(gə) yaşayış məntəqəsinə çevrildiyini əks etdirən ifadə.

Q.K. termini ilk dəfə məşhur kanadalı filosof, kulturoloq və kütləvi kommunikasiya üzrə nəzəriyyəçi-alim Herbert Marşal Makluhanın 1962-ci ildə dərc olunmuş “Quttenberq qalaktikası” əsərində işlədilib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti