Dilimizdə “döllük (damazlıq) qoç” mənasında qoşqar (qoçkar) sözü olub. Güman edirəm ki:
1. Qoşqar dağı başı qar sözünün dəyişmiş formasıdır (həmişə qarı olan).
2. “Döllük qoçların bəsləndiyi yer” deməkdir. Birinci daha etibarlıdır. Prof. F.H.Hüseynovun inamına görə, söz qoşa qar birləşməsindən əmələ gəlib: dağın iki zirvəsi var və başında qar görünür, inandırıcı yozumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti