Sözlərin leksik mənası nəzərə alınmadan malik olduğu morfoloji və sintaktik məna.
Sözün qrammatik mənası dedikdə nəzərdə tutulur:
1. Sözün hansı nitq hissəsinə aid olması.
2. Nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıması.
3. Cümlədə hansı sintaktik vəzifəni daşıması.
4. Cümlədə həm nitq hissəsi kimi, həm də cümlə üzvü kimi hansı suallara cavab verməsi.
Nümunə:
1. düşüncə – mücərrəd isimdir, nə? sualına cavab verir, adlıq haldadır, cümlədə mübtəda, tamamlıq və xəbər ola bilər.
2. güldürmək – feildir, düzəltmədir, təsirlidir, məlum növdədir və s.
3. üçün – qoşmadır, yiyəlik hala qoşulur, səbəb mənasını bildirir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti