Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QULAM

ərəb. qulam (əslində ğulam) sözü dilimizdə gənc nökər, gənc xidmətçi, qulluqçu gənc kişi, qul, kölə, cavan xidmətçi anlamlarını ifadə edir.

Qulam XX əsrin 60-70-ci illərinə qədər məişətimizdə geniş yayılmış kişi adlarından olmuş, əsrin səksəninci illərində isə dəbdən düşən şəxs adları sırasındadır. Adın daşıyıcıları arasında tanınmış şəxsiyyətlərdən biri Qulam Məmməd oğlu Məmmədli (1897-1994) XX əsrdə yaşamış görkəmli publisist, teatrşünas, salnaməçi, M.F.Axundov adına Ədəbi mükafat laureatı, Azərbaycanın Əməkdar Jurnalisti olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti