Reklam
Reklam

Etimologiya lüğəti

qulaq

Məncə, qol, qıç, qulaq sözləri eyni kökdən törəyib və “çıxıntı” deməkdir. “Ar­xın qulağını dəyiş” deyirik; cəhrədə iyin kərt yeri də qulağa (cəhrədə olur, “iy­başı” da deyirlər (ruscası “напрасло”), geydirilir, formaca qulağa oxşayır. Hər iki halda “çıxıntı” mənası özünü göstərir: suyun qulağını dəyişmək “axar üçün yeni çıxıntı düzəltmək “. Qulaq sözünü “eşitmək” mənasını verən qu feili ilə də bağlayırlar. Mü­­bahisəlidir. Güman edirəm ki, rus dilindəki глухой sözü də qulaq sözü ilə qohum­dur. Qulaq “yox” ifadəsinin dəyişmiş formasıdır (müqayisə et: çolaq –qolu yox). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti