Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QURBAN

ərəb. qurban sözü dilimizdə müəyyən bir məqsədlə əziz bir şeyi fəda etmək mənasındadır.

Dini adətlərə görə, Allah yolunda qurban edilərək kəsilən heyvan, həmçinin hicri ilinin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayramın – Qurban bayramının adındandır. Xalq arasında hər hansı bir əlamətdar, arzu edilən hadisənin baş verməsi münasibətilə, eləcə də niyyət edib bir işin hasilə yetdiyindən sevinərkən heyvan (əsasən qoyun) kəsmə adəti də qurban adlanır. Bir ağır, faciəvi hadisə nəticəsində həlak olmuş insana da qurban (getdi) deyirlər. Bu gün məişətimizdə geniş yayılmış kişi adları sırasında olan Qurban. Azərbaycan antroponimikasında bir sıra mürəkkəb şəxs adlarının tərkibində də işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti