►Həç nədən qorxmamaq, riskə getmək, hədsiz dərəcədə cəsur, mərd və cürətli olmaq.
İfadə qədim türklərin və oğuzların qurda sitayişindən qaynaqlanır.
Tarixən qurda sitayiş edən qədim türklər və bəzi oğuz qəbilələri onu özlərinin himayədarı hesab edirlər. Vaxtilә türk xalqlarında qurd bir totem hesab edilirdi. Bəzi təsəvvürlərə görə, türklərin qaranlıqdan işıqlı dünyaya çıxmasının səbəbkarı qurddur. Buna görə qədim türk şüurunda qurd müqəddəs sayılırdı. Firdovsinin «Şahnamə»də «qurd başlı türk» haqqında mәlumat verməsi təsadüfi deyildir.
Hətta bəzi türk və monqol boyları nəsillərinin qurddan törəməsinə inanırlar. VI əsrə aid olan türk yaşayış məskənində qurddan süd əmən uşağın təsvir olunması qədimdə «qurddan törəmə» inancının dərin kök saldığını sübut edir. Qədim mifologiyalarda qurdun bir çox nəcib xüsusiyyətləri ilə yanaşı, onun döyüşkən, azadlıqsevər, məğrur, heç kimə baş əyməyən, cəsur olması sadalanır. Məhz bu keyfiyyətlər qədim türklərin şüurunda qurdu cəsurluq və qorxmazlıq simvoluna çevirmişdir.
Qədim türk və monqol tayfalarının, qəbilə və dövlətlərinin bir çoxunun döyüş bayraqlarında qurd şəklinin olması bu inamla bağlı idi. Qurda sevginin izləri bu gün də Türkiyədə və digər türk ölkələrində yaşamaqdadır.
Məsəllər, deyimlər