Çaylarda axan, göllərdə, su anbarlarında, bataqlıqlarda və buzlaqlarda olan, habelə torpaq və süxurların məsamələrində toplanan su.
Dünyanın bütün çaylarının yataqlarında 2100 km3, göllərində 230 min km3, buzlaqlarda 24 milyon km3, Yer qabığında isə 60 milyon km3 su var. Q.S. hidrosferin təxminən 3,5%-ni təşkil edir. İqlim və relyef Q.S.-nın qeyri-bərabər paylanmasına təsir göstərən əsas amillərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti