Reklam
Reklam

Etimologiya lüğəti

quyruq

Belə mülahizə olunur ki, quyruq geri sözləri eyni kökə malikdir. Söz mən­bələrdə keyruq şəklində də yazılıb. Mənası “geri tərəfdə olan” deməkdir. Dili­mizdə quyruq doğdu ifadəsi var. Bu (Quyruq), Ülkər ulduzunun qədim adıdır. Hə­min ulduz öz formasına görə quyruq kimi göründüyü üçün “quyruq ulduz” ad­lan­mışdır. Avqust ayının 6-15-i arasında doğur. Bəzən “quyruq doğdu” cümləsinin “quyruq dondu” (yəni sındı, soyudu) kimi də yozurlar. İnandırıcı deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti