Radio proqramlarının texniki və texnoloji hazırlığını, efirə verilməsini təmin edən istehsal müəssisəsi.
R.E. studiyada və studiyadan kənarda səsyazmanın həyata keçirilməsi, informasiyanın ötürülməsi, fonotekanın yaradılması üçün avadanlıqlara, texnoloji komplekslərə, həmçinin nəqliyyat, təmir və bu kimi köməkçi xidmət sahələrinə malik ixtisaslaşmış mərkəzdir. R.E. verilişlər hazırlamaqla yanaşı, öz studiyalarını musiqi yazmaq üçün başqa təşkilatlara icarəyə verir, ədəbi-bədii radio proqramlarının, yaxud səslərin və verilişlərin montajı, bərpası ilə məşğul olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti