1. Radio jurnalistikasının mürəkkəb, çoxelementli janrlarından, ədəbi veriliş formalarından biri.
R.K. müxtəlif sənədli, ədəbi və musiqili materialların ardıcıl düzülərək aparıcı mətni ilə birləşdirildiyi veriliş növüdür.
2. Hər hansı ədəbi-bədii əsərin, o cümlədən teatr tamaşasının radio üçün uyğunlaşdırılmış variantı.
R.K.-nın iki növü daha geniş yayılıb:
a. Şeir və mahnıların, musiqi, nəsr və dramaturgiya əsərlərinin, yaxud onların fraqmentlərinin daxil olduğu ədəbi-musiqili kompozisiyalar.
b. Aktyorların oxuduğu, rol oynadığı ədəbi materialların orijinal səs sənədlərinə uyğunlaşdırılmış sənədli-bədii kompozisiyalar. R.K.-nın ikinci növü radiofilmə yaxındır.
Jurnalistika terminləri lüğəti