Seirdə qafiyələnən misraların sonunda, qafiyə yaradan sözdən sonra təkrarlanan söz və ya ifadə.
Epiforik təkririn bir növü olan rədif şeirdə ahəngi qüvvətləndirir, qafiyəni daha da zənginləşdirir, şeirin təsir gücünü artırır:
Ov kеçdi bərədən, ata bilməzsən,
Uçdu gеtdi əldən, tuta bilməzsən,
Yеrisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sən də yat. (Aşıq Ələsgər)
Nümunədə “bilməzsən” rədifdir, “ata”, “tuta”, “çata” isə qafiyə təşkil edən sözlərdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti