Şeirdə qafiyələnən misraların sonunda, qafiyə yaradan sözdən sonra təkrarlanan söz və ya ifadə.
Epiforik təkririn bir növü olan R. şeirdə ahəngi qüvvətləndirir, qafiyəni daha da zənginləşdirir, şeirin təsir gücünü artırır:
Ov kеçdi bərədən, ata bilməzsən,
Uçdu gеtdi əldən, tuta bilməzsən,
Yеrisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sən də yat. (Aşıq Ələsgər)
Nümunədə “bilməzsən” R.-dir, “ata”, “tuta”, “çata” isə qafiyə təşkil edən sözlərdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti