Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

registr [registr] isim lat. registrum – siyahı, hərf. daxil edilmiş

1. Siyahı, qeydiyyat kitabı. □ Registr kitabı.

2. Musiqi. Musiqi alətinin, yaxud müğənninin səsinin güc və yüksəklik dərəcəsi. □ Aşağı registr.

3. Musiqi. Müxtəlif köklü, lakin eyni tembrli boru (orqanda), sim (klavesində), yaxud dillərdən (akkordeon, qarmon və s.) ibarət qrup.

4. İnformatika. Hesablama texnikasında: birmərtəbəli yaddaş elementlərindən nizamlı şəkildə qurulmuş, idarəolunan girişlərə və çıxışlara malik çoxmərtəbəli qurğu.

Həmçinin bax:

coğrafiya: registr ton Azərbaycan dilinin izahlı lüğəti