Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rekreativ funksiya

lat. recreation – bər­pa

Auditoriyanı əyləndirməkdən, onun isti­rahətinin təşkili və mənəvi qüvvə­lərinin bərpasını təmin etməkdən ibarət jurnalistika funksiyası.

Rekreativlik bütünlükdə mədə­niyyətə xas olan, geniş mənaya malik funksiyalardan biridir. O, bərpaedici rol oyna­maqla yanaşı, insanların mənəvi in­kişafına xidmət edir. Lakin bir sıra media mütəxəssisləri, xüsusilə teleradiokompa­niya rəhbərləri bu termini dar mənada ­qav­rayır. Nəticədə medianın rekreativ (əy­ləndirmə) funksiyası faktik olaraq «bulvar jurnalistikası»na xas olan metodlar, ele­ment­lərlə səhv salınır. «Əyləndirici proq­ramlar» adı altında şou-ulduzların intim həyatları, parapsixoloqlar və ekstra­sens­lərin törətdiyi möcüzələr haqqında çox­saylı verilişlər, müğənnilərin iştirakı ilə saat­larla davam edən «çal-çağır» proq­ram­­ları buna əyani misaldır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti