Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

renqa

yap. – hərfi tərcümədə: “birgə poetik yaradıcılıq”

Qədim yapon lirik şeir janrı.

R. iki və daha çox bənddən ibarət olur. Birinci “başlanğıc” bənd 5-7-5 hecalı üç misradan ibarətdir və məhz o, sonralar xokku (haiku) janrının yaranması üçün əsas olub. R., əslində, tanka şeir formasının iki bəndə (3 və 2 misralıq) bölünməsidir. Bəzən onlar iki müxtəlif şair tərəfindən qoşulurdu; bir növ poetik dialoq alınırdı. Onu istənilən qədər davam etdirmək olardı və bu deyişmədə iştirakçıların sayı qeyri-məhdud idi. R. yaradıcılığında əvvəlki bəndlə mürəkkəb əlaqəni saxlamaq şərti ilə süjeti gözlənilmədən dəyişmək bacarığı yüksək qiymətləndirilirdi. Hesab edilirdi ki, bir-birinə bağlanmış bəndləri ilə R. hər şeyin qarşılıqlı əlaqədə olduğunu, dünyanın öz sonsuz dəyişmələrində vahidliyini ifadə edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti