1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. □ Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı. (C.Cabbarlı).
2. Hüquq. Tərəflərdən birinin məhkəmə prosesində etirazı. □ Replika vermək.
3. Teatr-kino. Səhnədə bir rolda oynayan şəxsin tərəfi-müqabilin sözlərinə cavabı, habelə bir personajın axırıncı sözləri (ki, bunun ardınca o biri personajın sözləri gəlir).
4. Musiqi. Musiqi frazasının başqa səs və ya başqa tonda təkrarı.
Azərbaycan dilinin izahlı lüğəti